Oğlan keçmiş sevgilisinə, anasına və bacısına HÜCUM ETDİ

27.02.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə A.P. (19) adlı şəxs ticarət mərkəzinin qarşısında  keçmiş sevgilisi S.A. ilə qarşılaşıb və onunla mübahisə etməyə başlayıb.

News24.az xəbər verir ki, bir müddət sonra S.A anası və bacısını yanına çağırıb.

Hadisə zamanı oğlan keçmiş sevgilisinə, anasına və bacısına b*çaqla xəsarət yetirib.

Xəbər verildikdən sonra hadisə yerinə həkim və polis briqadası göndərilib.

İlkin tibbi yardımdan sonra yaralılar təcili tibbi yardım maşını ilə şəhərdəki xəstəxanalara aparılıb.

Nəzarətə alınan A.P.-nin ötən gün S.A-nın evini daşladığı öyrənilib.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью