Icma.az, Demokrat.az saytına istinadən bildirir. "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.Denokrat.az Baku TV-yə istinadla xəbər v
Hətta 8-ci sinifdə imtahanda da mahnı oxumağımı istəmişdilər, bunun əsasında mənə qiymət yazdılar. Uşaqlar da məni çox istəyirdilər.
Aktiv qız idim, oğlan kimi xasiyyətim var idi. At çapmağı çox sevirdim.
Həmişə atamın böyründə gəzirdim, onun gördüyü işlərlə maraqlanırdım".Oxumaq üçün Gədəbəydən Bakıya gəldiyini deyən ifaçının sözlərinə görə, burada musiqi təhsili alaraq toylara getməyə başlayıb: "Atam həkim idi.
Müasir adam olduğu üçün bu qərarıma etiraz etmədi. İlk olaraq imtahan verib Kitabxanaçılıq fakültəsinə qəbul oldum.
Sonra o sahə üzrə təhsil almaq istəmədiyimə görə musiqiyə yönəldim".İfaçı ailə həyatından bəhs edərkən bildirib ki, keçmiş həyat yoldaşı sənət dostu olub:"O vaxtlar məni istəyənlər həddindən çox idi.
Sevgi haqqında düşünmürdüm, ancaq sənətimi fikirləşirdim. Həyat yoldaşım sənət dostum idi, aramızda hörmət var idi.
Sonradan xəbərim oldu ki, sən demə, əmisi qızı ilə onu "göbək kəsdi" ediblər.