Oğlanlardan ibarət yığmamız EEVZA çempionatında iştirak edəcək

21.11.2024

Icma.az, Cbcsport portalına istinadən məlumat verir.

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Yarış noyabrın 27-30-u aralığında Estoniyada keçiriləcək.

Turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları mübarizə aparacaq. B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir. U-16 noyabrın 27-də Estoniya, iki gün sonra Latviya ilə görüşəcək.

Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью