Oğlu aviaqəzada xəsarət alan ata: Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var

25.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Mənim oğlumla birlikdə 8 nəfər gediblər. Onlardan birini videoda oğlumla birlikdə xəstəxanada olarkən gördüm".

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bu sözləri Aviaqəzada xəsarət alan Nizami Cəlilovun atası Fizuli Cəlilov deyib.

O bildirib ki, oğlunu Qroznıyə, qohumlarının yanına yola salıb:

"Bu gün səhər eşitdim ki, belə bir hadisə olub. Hələ də şokdayam. Oktyabrda hərbi xidmətə gedəcək, qohumları ilə Yeni il öncəsi bayramlaşmağa gedirdi".

Ətraflı süjetdə:

Oğlu aviaqəzada xəsarət alan ata: "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью