Oğlu CeyLonun açıq geyimlərini bəyənmir

29.11.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya şöhrətli müğənni Cennifer Lopez səhnədə geyindiyi açıq-saçıq libasların 18 yaşlı oğlu Maksın xoşuna gəlmədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “The Drew Barrymore Show” proqramında danışıb.

Lopez təxminən 10 il əvvəl Las-Veqasda baş tutan konsertindən sonra oğlu ilə arasında yaşanan maraqlı hadisəni xatırlayıb. Həmin vaxt Maks və əkizi Emma təxminən 7 yaşında olub. Müğənni oğlundan çıxışına dair tərif gözləsə də, onun gözlənilməz sualı ilə qarşılaşıb.

“Anam, niyə səhnədə heç vaxt şalvar geyinmirsən?” deyə, Maks ondan soruşub.

Cennifer isə oğluna işinin xüsusiyyətlərini izah etməyə çalışıb:

“Mən ona dedim ki, estrada artistiyəm, rəqqasəyəm, balam. Mənim işim budur”.

Qeyd edək ki, Cennifer Lopez əkizləri Maks və Emmanı keçmiş həyat yoldaşı, müğənni Mark Entonidən dünyaya gətirib. Sənətçi daha əvvəl uşaqlarının atasından boşandıqdan sonra yaşadığı çətin dövrdən də danışıb. O, həmin vaxt emosional böhrandan çıxmasına yazıçı və həyat məsləhətçisi Luiza Heyin kömək etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью