Oğlu Çimnazın dəfnində iştirak etməyəcək | Icma.az
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, aktrisanın oğlu Almaniyada yaşayır.
Aktrisa Sonaxanım Əliyeva övladının anasının dəfninə qatıla bilməmə səbəbini açıqlayıb: "Oğlu Çimnazın öldüyünü sosial şəbəkədə görüb.
Açıb oxuyub ki, anası vəfat edib. Onun dəfnə gəlməsi mümkün deyil. Çünki Almaniyadadır".
Qeyd edək ki, Çimnaz bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Onun həkimlərin səhv əməliyyatı ucbatından vəfat etdiyi iddia olunub.
Aktrisanın oğlu atası ilə birlikdə Almaniyada yaşayır. Milli.Az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin
Tam oxu
Xəbəri oxu