Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
“Forbes” jurnalı Rusiyanın ən zəngin milyarderlərinin varislərinin reytinqini açıqlayıb.
Axşam.az xəbər verir ki, siyahının ilk pilləsində LUKOIL neft şirkətinin həmtəsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov qərarlaşıb.
Nəşrin məlumatına görə, onun sərvəti 560 milyon dollar dəyərində qiymətləndirilir. Yusif Ələkbərov atasının təsis etdiyi LUKOIL şirkətində pay sahibidir. O, həmçinin metal konstruksiyalar və sənaye avadanlıqları sahəsində fəaliyyət göstərən “Ekto” holdinqinə rəhbərlik edir.
Reytinqin ikinci sırasında “Novatek” və “Sibur”un əsas səhmdarı Leonid Mihelsonun qızı Viktoriya Mihelson yer alıb.
İlk üçlüyü isə “EuroChem”in sahibi Andrey Melnichenkonun övladları Tara və Adrian tamamlayıb.