Oğlu intihar edən ata özünü eyvanda asdı | Icma.az
Icma.az, Lent az saytına istinadən bildirir. İzmirdə 72 yaşlı kişi özünü evinin eyvanında asaraq həyatına son qoyub.
Kişinin oğlunun 4 il əvvəl 6-cı mərtəbədən özünü ataraq intihar etdiyi öyrənilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 72 yaşlı təqaüdçü məmur İlker K.
şəxsi evinin ikinci mərtəbəsinin eyvanında özünü kəndirlə asıb. Evə gələn həyat yoldaşı polisə və sağlamlıq qruplarına xəbər verib.
Hadisə yerinə gələn qruplar tərəfindən aparılan araşdırmada İlker K.nin həyatını itirdiyi müəyyən edilib.
Digər tərəfdən İlker K.nin oğlu Fırat K.nin də 4 il əvvəl yaşayış binasının 6-cı mərtəbəsindən özünü ataraq həyatına son qoyduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu