Oğlu Miri Yusifi sevindirdi Video

30.07.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Övladı Hüseyn Xalq artisti Miri Yusifi sevindirib. 

Axşam.az xəbər verir ki, sənətçinin oğlu Hüseyn universitetə qəbul olub. Bu barədə müğənninin bloger həyat yoldaşı Nərgiz Mirbabayeva sosial şəbəkə hesabında paylaşım edib.

O, sevincini bu sözlərlə ifadə edib:

"Miri Yusiflə rəsmi olaraq tələbə valideyni olduq. İnanılmaz hissdir, möhtəşəmdir. Sevincimdən yerə-göyə sığmıram. Hüseyn 3 universitetə müraciət etmişdi. Onlardan ən çox istədiyi universitetdən qəbul məktubu aldı. Çox xoşbəxtik. Bu, sözlə ifadə olunmayacaq qədər gözəl hissdir."

Qeyd edək ki, Miri Yusif və Nərgiz Mirbabayevanın üç övladı var.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью