Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əməkdar artist Təyyar Bayramov 50 illik yubileyini qeyd edir.
Axşam.az xəbər verir ki, xanəndə “Evdəkilərə salam” proqramı ilə ata yurdu Ağdama yollanıb və özəl gününü burada keçirib.
Çəkiliş zamanı oğlu Kənan Bayramov da atasını tək qoymayıb. Uzun müddətdir ifaçılıq sənətinə fasilə verən Kənan ilk dəfə atası üçün mahnı oxuyub.
Təyyar Bayramov oğlunun sənətə qayıdacağını açıqlayıb:
“Kənan yavaş-yavaş fəaliyyətinə başlayacaq. Hazırlıqlar gedir. Kənanın oxumasını anam edib. Gördü səsi var, təkidlə dedi ki, musiqiyə qoyacağam. Mənsum İbrahimovun məsləhəti ilə evimizin yanında musiqi məktəbinə qoydum. Anam dedi ki, müsabiqəyə aparıram. Mənim başım qarışmışdı pedoqoji fəaliyyətə, səfərlərə. Müsabiqədə birinci yer qazandı. Mənim yanımda utanırdı, oxumurdu”.
Qeyd edək ki, Xalq artisti Mənsum İbrahimov səs dəyişikliyinə görə Kənana oxumaq qadağası qoymuşdu. O bildirib ki, Kənan bir müddət oxuya bilməz.