“Oğlum artıq mənə daha çox hörmət edir” Trampdan Ronaldoya maraqlı tərif

19.11.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanın şərəfinə verilən xüsusi şam yeməyində portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo və nişanlısı Georgina Rodriqezi qəbul edib. 

Gecədə Trampın Ronaldo ilə bağlı zarafatla qarışıq tərifi diqqət çəkib.

Tramp tədbirdə çıxışı zamanı oğlu Barronun qatı Ronaldo azarkeşi olduğunu deyib:“Burada çox önəmli qonaqlar var. Oğlum Barron Ronaldonun böyük fanatıdır. Ronaldo bu dəqiqə bu salondadır və Barron onu gördü. Görünür, onu Ronaldo ilə tanış etdiyim üçün oğlum artıq mənə bir az daha çox hörmət edir. Bu, mənim üçün böyük şərəfdir”.

Bu sözlər zaldakı qonaqları güldürüb.

Qeyd edək ki, Kriştianu Ronaldo bu tədbir üçün 8 ildən sonra ilk dəfə ABŞ-yə səfər edib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью