Oğlum atası ilə görüşmür

28.05.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Model Günay Musayeva keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karellə bağlı sualları cavablandırıb. 

Axşam.az xəbər verir ki, model bu haqda "Afaqla 10lar" verilişində danışıb. O bildirib ki, oğlu Cahangir atası ilə görüşmür:

"Oğlum Türkiyədə oxuyur, dərsləri var, Bakıya gətirə bilmirəm. Oğlum atası ilə görüşmür, heç onu soruşmur da".

Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 4 övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью