Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. “Oğlum birinci dəfə təyyarəyə minəcəkdi, deyirdi, bircə təyyarədə oturaydım.
Bu da onun arzusu”. Bu sözləri Ölkə.Az-a açıqlamasında 25 dekabrda Bakı-Qroznı reysi ilə uçan AZAL təyyarəsinin sərnişini Ayxan Bayramzadəni
O, oğlunun gedişinə razılıq vermədiyini söyləyib: “Biz Lənkəranın Lüvəsər kəndindənik.
Ayxan Sumqayıta bibisigilə gəlib, oradan Rusiyada yaşayan əmisinin yanına yola düşüb. Birinci dəfə idi uçurdu.
Hiss eləmişdim ki, nəsə olacaq. Bu gedişə razılıq verməmişdim. Dedim ki, elə bil, nəsə ürəyim narahatdır. Məndən ayrılmağını istəmirdim.
Ümumiyyətlə, onun Rusiyaya ayaq basmağını istəməmişəm. İşə görə gedirdi. O da, biz də qorxmuşuq. Özü də ilk dəfə uçurdu, çox həvəsli idi.
Deyirdi ki, təyyarəyə bir dəfə oturaydım. Bu da onun arzusu”.
A.Bayramova bildirib ki, əvvəlcə qızına oğlunun ölüm xəbəri verilib: “Oğlumla danışmazdan əvvəl qəza xəbərlərini görməmişdim.