Oğlum dedi yaralanmışam, xəstəxanadayam Qəzada yaralanan sərnişinin anası

25.12.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Oğlum Qroznuya dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”.

Lent.az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib.

“Saat 12-nin yarısınadək gözlədim bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb”, deyə G. Alıyeva bildirib.

Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb: “Səs ataraq dedi ki, Allaha şükür sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью