Oğlum deyirdi ki, böyüyəndə Fədayə Laçının sponsoru olacağam

11.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın ötən gün 50 illik yubileyini təmtəraqlı şəkildə qeyd edib.

Axşam.az-ın məlumatına görə, gecədə qonaqlar arasında Əməkdar artist Elza Seyidcahan da olub. Sənətçi oğlu Ələkbərin Fədayə Laçının sənətini sevməsindən danışıb.

Elza bildirib ki, oğlu hələ 10 yaşında olarkən Fədayə Laçına sponsorluq etmək istədiyini deyib:

“Oğlumun 10 yaşı var idi. Deyirdi ki, böyüyəndə iş adamı olsam, Fədayə Laçına sponsorluq edəcəyəm. O, çox oxusun”.

Seyidcahan F. Laçına sənət fəaliyyətini davam etdirməyi də bildirib:

“Həyatda keşməkeşli anlar olur. Bu, bir sınaqdır. İnsanları, özünü, həyatı tanıyırsan. Bəstəkar mahnıları oxu. Tək toylarda yox, səhnələrdə də oxu”.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью