“Oğluma başqa arvad alacağam” dedi, dava düşdü KONKRET

03.02.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabirabad rayonunda 26 yaşlı gəlin qayınanasına xəsarət yetirib.

KONKRET.az bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 2000-ci il təvəllüdlü Nuranə yaşadıqları evdə qaynanası Sona (adlar şərtidir – red.) ilə mübahisə edib. Nuranə qaynanasının sağ qolundan tutaraq arxasına keçməklə yıxmaq üçün aşağıya doğru əyib. Bu zaman gəlin qayınanasına xəsarətlər yetirib.

Hadisəni törədən Nuranənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Nuranə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həyat yoldaşı Adil ilə 2018-ci ildə ailə qurub və bir azyaşlı qızı var: “Qayınanam Sona ilə bir evdə qalırıq. Əvvəllər Sona ilə ciddi problemlərim olmayıb. Lakin son 3-4 ayda münasibətlərimiz pozulub. Özüm də bilmədiyim səbəbdən Sonanın məndən xoşu gəlməyib. Mənim evdən çıxmağıma çalışıb. Mən bəzən əsəbləşərək evdən çıxmışam, digər kənddə yaşayan atamın evinə getmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin iyulun 1-də, saat 13 radələrində əkin sahəsindən evə gəlib və Sona ona yenidən söz atmağa başlayıb, onu evdən çıxaracağını deyib: “Bu zaman Sonaya cavab olaraq mərhum qayınanasına da belə zülm etməsini bildirdim. Sona əsəbi halda mənə evdən çıxmağımı, boşanmalı olacağımı, oğluna başqa arvad alacağını bildirdi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə vaxtı Sona stolun üstündə olan maskuranı götürərək məni vuracağını dedi. Mən də Sonanın sağ qolunu tutaraq burdum. Bu zaman baldızım Samirə bizi aralaşdırdı. Bir neçə gün sonra eşitdim ki, Sona xəstəxanaya gedib, məndən şikayət edib”.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Nuranə 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti səhər saat 07:00-dək tərk etməsi, həmçinin Sabirabad rayonu ərazisini tərk etməsi qadağan edilib.

Bundan başqa, ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməsi tapşırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью