Oğlumdan sonra məndən hər şey gözləyin

25.01.2025

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Oğlumdan sonra soyuqqanlı olmuşam. Məndən hər şey gözləyin. Tez unudub, çıxıb gedərəm. Həyata inamım qalmayıb, soyuqqanlı olmuşam".

Axşam.az xəbər verir ki, bu sözləri İbrahim Borçalı "Qonaqcanlı" verilişində deyib. Oğlu Rəhimi avtomobil qəzasında itirən sənətçi həyat yoldaşı Zöhrədən danışıb. O bildirib ki, sənəti atmaq istəyib, amma xanımı imkan verməyib:

"Çoxdan çıxıb gedərdim. Xanımım dedi ki, dayan, biz varıq. Mən ona, o da mənə köməkdir. Bir-birimizə deyirik ki, hə, yıxıldıq? Nə olacaq?".

Qeyd edək ki, İ.Borçalının oğlu 2020-ci ilin iyulunda Gürcüstanda avtomobil qəzasında vəfat edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью