Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda iki nəfərin qətlində təqsirləndirilən şəxslər Nurani Məmmədov, Ramin Quliyev, Yunis Rəhimov, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi keçirilən iclasda təqsirləndirilən Məmmədov Tural sərbəst ifadə verib.
Təqsirləndirilən Məmmədov Tural ifadəsində bildirib ki, 2022-ci ilin fevralın 17-si saat 8-9 arasında məhəllədə çay içirdik: "Ramindən Nuraniyə zəng gəldi.
Ramin bizi məclisə dəvət etdi. Hamımız "Astoria"ya getdik .Orada bizi Ramin bizi qarşıladı. Məclis bizə gözlənilməz gəldi, əyləşdik.
Çöldən söyüş səsləri gəlirdi. Rəhmətlik Şahin bizə çiyin atdı və nalaiq ifadələr işlətməyə başladı. Nurani dedi ki, çıxaq.
Hamımız çölə çıxdıq. Qarşı tərəf bizi təhqir etməyə başladı. Ramin onlara dedi ki, qardaşlarımdı. Qarışılıq düşdü.
Biz də maşına oturub məhləyə getdik. Ramindən onların bizi heç nədən söymələrinin səbəbini soruşduq. Sonra Çapayevdəki kafedə oturduq.