Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə şəhər sakini Hüseynova Mehriban Cəlil qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçi deyir ki, ömürlük həbsə məhkum edilən oğlu həbsxanada özünü öldürmək həddinə çatdırılıb: “Mən, Hüseynova Mehriban Cəlil qızı, yazaraq bildirirəm ki, oğlum Əliyev Astan Əli oğlu hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3 qrup əlilə ömürlük həbs veriblər. Oğlumun sinəsi batıqdı, nəfəs ala bilmir.
Ürək klapanları tam açılmır, ayağında varikoz xəstəliyi var, hepatit C daşıyıcısıdır. Yəni sadalamaqla bitməyən bir çox xəstəlikləri var.
1 il 4 ayda oğlumun yanına cəmi 1 dəfə getmişəm, gedə bilmirəm, maddi imkanım yoxdur. 2 dəfə “sumka” yola salmışam.
Noyabr ayının 24-də oğluma 150 manat pul göndərdim. Pulu nəzarətçinin “Kapital Bank” kartına vurmuşam. Həmin vaxt oğlumu karsa salıblarmış.
Ayın 29-da “kars”dan çıxdı, zəng vurub soruşdu ki, ana, mənə pul göndərmisən? Mən də bildirdim ki, bəli, nəzarətçinin kartına göndərmişəm.