Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müğənni İzzət Bağırov övladlarının musiqiyə marağının azaldığını deyib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” proqramında danışıb. O bildirib ki, bir vaxtlar böyük oğlu müğənnilik etsə də indi istəmir:
“İndi oğlumun başına silah dirəsən də, oxumaz. İndi öz işləri ilə məşğuldur. Dərsləri, kitabları, idman... Oğlum 11-ci sinfi bitirib. Əkizlərimin gələn ay yubileyidir, 15 yaşları olur. Əvvəl musiqiyə maraqları var idi, amma indi istəmirlər. Mehdinin gözəl səsi var, amma otağa girib gizli oxuyur”.