“Oğlumun İspaniyada 300 minlik evi VAR”

17.11.2025

Icma.az, Tribuna saytına istinadən bildirir.

Müğənni Elit Star Cəmilənin açıqlaması marağa səbəb olub.

Tribuna.az  xəbər verir ki, ifaçı İspaniyada oğlunun evi olduğunu etiraf edib.

Sənətçi Bakıdakı evlərin qiyməti ilə həmin ölkədəki evləri müqayisə edib:

“İsapniyada evimiz var. Oğlum orada yaşayır. Şəxsi evidir. 5 ildir ailəsi ilə İspaniyada qalır.

Belə anası olanın oğlunun evi olmasın? Əslində deyim ki, orada evlər Bakıdan çox ucuzdur. Bizdə qiymətlər 300 mindən başlayır. Orada 100-150 min avroya normal ev almaq olur.  Oğlum evi 150 min avroya alıb, təmirlə birgə 350-380 min manata başa gəlib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью