“Oğlumun ürəyində problem yox idi” Əməliyyatdan bir il sonra vəfat edən Rəşadın anası VİDEO

15.10.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Rəşad yaşamaq eşqində idi. Biz ona 50 il ömür arzulamışdıq...”

"Bakupost" xəbər verir ki, bu sözləri ürək transplantasiyasından bir il sonra vəfat edən Rəşad Məmmədəliyevin anası Baku TV-yə müsahibəsində deyib.

O, oğlunun vəfatından əvvəlki günlərdən danışaraq bildirib ki, Rəşad evlənməyə hazırlaşırmış:

“İstədiyi qız da gəlmişdi. Elçi gedib o qızı alacaqdı. Hər şey yarımçıq qaldı... Tərbiyəli, ağıllı uşaq idi. Analizlərini vermək üçün özü gedib-gəlirdi.

Yolda, deyəsən, təzyiqi qalxıb, yıxılıb və başı betona dəyib. Rəşadın ürəyində heç bir problem yox idi”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью