Icma.az bildirir, Baku.ws portalına istinadən.
Son zamanlar oğlu və gəlini ilə problemlər yaşayan Viktoria Bekhem yeni xəbərlə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, ailəyə yaxın mənbələrin yaydığı məlumata əsasən, son zamanlar stress yaşayan qayınana Viktoria əhval-ruhiyyəsini düzəltmək üçün özünə bahalı "Ferrari" alıb.
Avtomobilin qiyməti 225 000 funt-sterlinqdir. (təxminən 513 720 AZN)
Xatırladaq ki, Viktoria və Devid cütlüyünün böyük oğlu Bruklin həyat yoldaşı Nikola Peltzi ailəsinin qəbul etmədiyini açıqlayıb.
O anasına görə həyat yoldaşı ilə dəfələrlə gərginlik yaşadığını etiraf edib.
Bu səbəbdən Bruklin həyat yoldaşının tərəfini tutaraq ata və anasını qarşısına alıb.