Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.
Axşam.az APA-ya istinadən xəbər verir ki, bu haqda mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanılmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq” deyə, o, bildirib.
Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.
Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.