Oğlundan xalq artistinin səhhəti ilə bağlı açıqlama

26.10.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməliyyat olunan xalq artisti Şahnaz Haşımova yaxın 4 gün ərzində xəstəxanadan evə buraxıla bilər.

Kult.az xəbər verir ki, bunu Ş.Haşımovanın oğlu Tural Abdullayev Teleqraf-a açıqlamasında deyib.

"Əməliyyatın ilk günündən fərqli olaraq bu gün özünü daha yaxşı hiss edir. Həkimlər Şahnaz xanımın nə zaman xəstəxanadan evə buraxılacağı dəqiq bilir. Amma mənə verilən məlumata görə, müalicə bu cür davam etsə, yaxın 4 gün ərzində evə buraxılacaq", - T. Abdullayev qeyd edib.

Qeyd edək ki, xalq artisti iki gün öncə Gəncədəki özəl xəstəxanaların birində əməliyyat olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью