Oğlunu bıçaqlayan ata saxlanıldı

21.03.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oğuz rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə axşam saatlarında rayonun Ərmənət kəndində qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, 68 yaşlı Zakir Məmmədov ailə münaqişəsi zəminində oğlu, 37 yaşlı Zaur Məmmədova kəsici alətlə xəsarət yetirib. Z.Məmmədov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью