Oğlunu bıçaqlayan ata saxlanıldı

27.12.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıtda ata oğlunu bıçaqlayıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1957-ci il təvəllüdlü Sərdar Xanbaba oğlu Muradov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1986-cı il təvəllüdlü Şahmar Sərdar oğlu Muradova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Dekabrın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1986-cı il təvəllüdlü Ş.Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü S.Muradov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью