Oğlunu çılpaq görən Şvartsenegger şoka düşüb

08.06.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Arnold Şvartsenegger oğlu Patrikin iştirakı ilə "Ağ lotus" serialının üçüncü mövsümündəki çılpaq səhnələri görərək şoka düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə aktyor oğlu ilə birgə "Variety"yə müsahibəsində danışıb.

"İnana bilmədim. Seriala baxıram və birdən ekranda onu çılpaq görürəm! Bu ağılsızlıqdır. Sonra "Konan" və "Terminator"da eyni vəziyyətə necə düşdüyümü xatırladım. Onun mənim izimlə getməsi heyrətamizdir", - Arni bildirib.

Kino ulduzu oğlunu tərifləməyi də unutmayıb.

"Sən məndən heç vaxt studiyaya və ya agentə zəng etməyimi xahiş etmədin. Aktyorluğa gələndə məndən heç vaxt məsləhət istəmədin. Sən unikalsan və mən səninlə çox, çox fəxr edirəm", - kino ulduzu deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью