Oğlunu əsgər göndərən ana qəfil vəfat etdi FOTO

28.01.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün Zaqatala sakini xəstəxanada dünyasını dəyişib.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova dünən səhər saatlarında yaşadığı ünvandan Zaqatala RMX-nin Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.

O, xəstəxanaya daxil olduqdan bir qədər sonra vəfat edib.

Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib.

Onların evində yanvarın 26-sı övladının hərbi xidmətə yola salınması ilə əlaqədar mərasim təşkil olunubmuş.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью