Oğlunu təhqir etdiyi üçün kişini döyən şəhid anası danışdı VİDEO

27.05.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.

AZXEBER.COM xəbər verir ki, görüntüdəki Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanova baş verən hadisə ilə bağlı 

"Oğlumun xatirə lövhəsi qarşısında nalayiq hərəkət etdiyi üçün bu addımı atmışam. Daha sonra oğlumun ünvanına nalayiq sözlər dediyi üçün mən də şəhid anası kimi buna dözməyib o sözləri demişəm. Hansı şəhid anasına o sözlər deyilsə, heç bir kəs buna sakit dayanmaz. Daha sonra o, məndən üzr istədi və mən onu bağışladım. ".

Qeyd edək ki, şəhid Vüqar Zamanovun anası oğlunun xatiirə lövhəsi qarşısında nalayiq hərəkət edən şəxsi cəzalandırmışdı.

Xatırladaq ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.

Günel Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью