Oğlunun böyrəyi ilə yaşayan məşhur müğənni yenidən xəstəxanada

16.12.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli müğənni, aktyor Ferdi Tayfur xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, 79 yaşlı  müğənninin təzyiqi kritik həddə yüksəldiyi üçün beynində problem yaranıb. O dörd gün öncə xəstəxanadane və buraxılmışdı.

Qeyd edək ki, 15 gün əvvəl Antalyada keçirdiyi əməliyyatda Tayfurun beyin damarına stent qoyulub. 


4 il öncə, yəni 75 yaşı olarkən böyrək çatışmazlığından müalicə alan Tayfura oğlunun böyrəyi köçürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью