Oğlunun kitablarını oxudu, 50 yaşında hüquq fakültəsinə qəbul olundu | Icma.az
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Çində 50 yaşlı qadın oğlununun kitabları öyrəndikdən sonra hüquq fakültəsinə qəbul olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Yerli mediaya danışan Yan soyadlı xanım Kunmin şəhərində yerləşən Cənub-Qərb Meşəçilik Universitetindən magistraturaya qəbul məktubu aldığını bildirib.
O, burada Hüquq ixtisası üzrə təhsil alacaq. Qadının illərlə davam edən arzusu məhz oğlunun buraxdığı dərs vəsaitləri sayəsində gerçəkləşib.
"Bir dəfə bədbəxt hadisə baş verdi və mən əlil oldum, işimi itirdim, depressiyaya düşdüm.
İndi 50 yaşım var və yeni yola çıxıram - magistr dərəcəsi almağı arzulayıram", deyə Yan bildirib.
Onun sözlərinə görə, iki il əvvəl oğlu aspiranturaya qəbul imtahanında uğursuzluqdan sonra evdəki kitablarını kənara qoyub.
Tam oxu
Xəbəri oxu