Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Türkiyənin Antaliya şəhərindən ümrəyə gedən 68 yaşlı Ali Gökmen Məkkədə oğlunun məzarını ziyarət edərkən dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gökmen ötən il fevralın 18-də oğlu Turan Gökmenlə birlikdə ümrəyə gedib. Orada halı pisləşən oğlu vəfat edib və atası onu Məkkədə dəfn edib.
Bu il yenidən ümrəyə gedən Ali Gökmen oğlunun məzarını ziyarət edərkən özünü pis hiss edib və həyatını itirib.
Məlumata görə, onun cənazəsi bu gün Məkkədə dəfn olunacaq.
Gülay