Oğlunun qanı ilə gənc qalan milyarderdən yeni üsul

31.01.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Gənc qalmaq üçün yeniyetmə oğlunun qanını öz bədəninə ineksiya edən milyarder Brayan Conson ölümsüzlüyün sirrini tapdığını iddia edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Brayan Conson artıq yaşlanma prosesini dayandıran yeni bir üsul tədbiq etdiyini açıqlayıb.

"X" platformasında paylaşım edən Conson yeni üsulunu tam plazma mübadiləsi adlandırıb. 

Belə ki, tam plazma edərkən öncə bədənindəki bütün qan boşaldılır. Sonra plazmanı qandan ayırırlar.

Daha sonra bütün qocalmanı surətləndirən artıq yağlardan və toxumalardan təmizlənmiş qan yenidən bədənə yeridilir.

Conson bu prosesi ayda 1-2 dəfə təkrarlamaqla qocalmanın tam qarşısını ala biləcəyini iddia edib.

Cəmalə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью