Oğlunun şəhid olduğu gün öldü

19.08.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yardımlı rayonunun Anzov kənd sakini, I Qarabağ müharibəsi şəhidi Seymur Bədirovun atası Bədirxan Bədirov dünyasını dəyişib.

“Qafqazinfo” Cenublu.az-a istinadən xəbər verir ki, Seymur Bədirov 1998-ci ildə hərbi xidmətə çağırılıb və 2004-cü il avqustun 19-da Gədəbəy rayonunun Qocadağ kəndində döyüşdə şəhid olub.

Maraqlıdır ki, atası Bədirxan Bədirov da övladının şəhid olduğu tarixdən düz 21 il sonra – 2025-ci il avqustun 19-da vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью