Oğlunun sünnət görüntüləri türk fenomenə baha başa gəldi

29.10.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli sosial media fenomeni Özlem Özün instaqram hesabına giriş məhdudiyyəti qoyulub.

Axşam.az xəbər verir ki, 4,3 milyondan çox izləyicisi olan fenomen son günlər sosial şəbəkədə müzakirələrə səbəb olan paylaşımları ilə gündəmə gəlib.

Özlem Özün oğlunun sünnət prosesi ilə bağlı paylaşdığı görüntülər sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Bəzi istifadəçilər uşaqların şəxsi həyatının toxunulmazlığının pozulduğunu iddia edərək Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinə müraciət edib və fenomenin hesabı ilə bağlı tədbir görülməsini istəyiblər.

Şikayətlərdən sonra fenomenin sosial media hesabına girişin məhdudlaşdırıldığı bildirilib. 

Qeyd edək ki, Özlem Öz və həyat yoldaşı Tayyar Öz sosial şəbəkələrdə “Tayyargiller” adı ilə tanınırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью