Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27.11.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni Sevda Kazımova oğlunun toyunda geyindiyi açıq-saçıq libasın sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan sənətçi sinə dekolteli geyiminə görə gözlənilmədən linç olunduğunu deyib.

O, yaşananlarla bağlı bunları danışıb:

"Toyda o qədər ora-bura qaçdım ki, paltar sürüşdü. Soyunub-geyinməyə vaxt olmadı. Mən də ağ geyinmişdim, bu da mənim zövqüm idi".

Qeyd edək ki, Kazımovanın toy mərasimindən yayılan görüntüləri izləyicilər arasında geniş müzakirələrə səbəb olmuşdu.

Musa
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью