Oğlunun toyunda müğənnilərə qoyduğu qadağadan danışdı

29.07.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Nicat Kazımov toy məclislərində müşahidə etdiyi nöqsanlardan danışıb.

Axşam.az xəbər verir ki, aktyor bu barədə "Günə uğurla" verilişində qonaq olarkən danışıb. O, məclislərdə həm aparıcıların, həm də müğənnilərin davranışına diqqət yetirilməsinin vacib olduğunu bildirib:

"Bəzən toylarda aparıcılar çox danışırlar. Maraqsızdır, bu qədər danışmaq olmaz. Məclisdə əsas məsələ düzgün seçilən mahnılardır. Öz oğlumun toyunda da demişdim ki, qətiyyən bayağı mahnı səslənməyəcək. Elə müğənnilər də dəvət olunmamışdı. Toylarda bu cür bayağı mahnıların verilməsini sevmirəm. Oğlumun toyunda 10-12 aparıcı oldu. 

Ölçünü düzgün tutmaq lazımdır. Bəzən müğənni mahnının elə yerində əlavə boğaz edir ki, buna ehtiyac olmur. Mən təşkil etdiyim tədbirlərdə hətta müğənnilərə dirijorluq da edirəm. Əlavə boğaz vurmağa, peşəkarlığı hər yerdə nümayiş etdirməyə ehtiyac yoxdur".

N. Kazımov uzun illər toy məclislərini apardığını da xatırladıb:

"Uzun müddət məclis aparmışam. Amma 2010-cu ildən sonra özümə "stop" dedim".

Qeyd edək ki, aktyorun oğlu Sənanın toyu ötən il olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью