“Oğru aləmi”nə qarşı genişmiqyaslı əməliyyat 45 nəfər tutuldu

03.02.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanın hüquq-mühafizə orqanları “oğru aləmi”nə qarşı genişmiqyaslı əməliyyat keçirib. Fevralın 2-dən 3-nə keçən gecə 45 nəfər “oğru aləmi” ilə əlaqədə ittiham olunaraq saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Tbilisi polis idarəsi məlumat verib.

Bildirilib ki, yaxın vaxtlarda daha 15 nəfər barəsində cinayət məsuliyyəti tədbirləri görüləcək.

Araşdırma zamanı hüquq-mühafizə orqanları xaricdə yaşayan “qanuni oğrular”ın iştirakı ilə “oğru söhbətləri”nin və mübahisələrin aparıldığına dair sübutlar aşkar edib. Məlumata görə, Sulxan Caparidze (ləqəbi Suxo) və Petre Bakradze (ləqəbi Paata Tbilisski) maliyyə mübahisələrinin “oğru qaydaları”na əsasən həlli ilə məşğul olub və tərəflərdən birinin xeyrinə qərarlar veriblər.

Vaja Siradzenin sözlərinə görə, istintaq həmçinin “qanuni oğru” Revaz Ubilavanın (ləqəbi Cvariski) ailə üzvləri – anası və qardaşı vasitəsilə məsafədən “oğru mübahisələri”ni təşkil etdiyini və qərarlar verdiyini müəyyən edib. Bu çərçivədə onun anası və qardaşı da saxlanılıb.

Saxlanılan şəxslərə “oğru aləminə üzvlük”, “oğru aləminin fəaliyyətinə dəstək”, “oğru aləmi üzvünə müraciət” və “qanuni oğru statusunda olmaq” maddələri ilə ittihamlar irəli sürülüb. Onları 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью