Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Nitsa" ilə oyun zamanı oğrular PSJ-nin cinah oyunçusu Dezire Duenin evinə girməyə cəhd edilblər. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Matçdan sonra evinə qayıdan Due mənzilinin polis tərəfindən əhatə olunduğunu görüb. Bildirilir ki, bir neçə nəfər əraziyə daxil olsa da, evdə insanların olduğunu anlayınca oradan qaçıblar. Evə zorla daxil olma əlamətləri aşkar edilməyib.
Qeyd edək ki, 11-ci tur çərçivəsində keçirilən görüşdə Paris təmsilçisi səfərdə 3:2 hesablı qələbəyə sevinib. Birinci hissənin sonlarına yaxın zədələnən Dueyə ilkin müayinədən sonra ön çarpaz bağlarının cırılması diaqnozu qoyulub.