Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerikada saxlanılan oğrunun dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopezə bənzərliyi gündəm olub.
Axşam.az xəbər verir ki, Minnesota sakini Sirena Enn Kvast 580 dollar dəyərində batareyalar oğurladığına görə həbs edilib.
Polis bölməsində çəkilən Kvastın fotosu qısa müddətdə sosial şəbəkələrdə yayılıb. İzləyicilər onu Cennifer Lopezə oxşadıblar.
Bildirilib ki, Sirena daha əvvəl də buna bənzər cinayətlər törədib. Saxlanılan qadının müğənni ilə hər hansı qohumluğunun olub-olmaması barədə heç bir məlumat yoxdur.