Oğul atasına xəbər verdi: Anam kişilərlə danışır... Qanlı cinayətin şok təfərrüatı | Icma.…
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. Bakının Nərimanov rayonunda 1985-ci il təvəllüdlü Rəvan qısqanclıq zəminində yaranan müb
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 13 fevral 2024-cü ildə baş verib.
Rəvan həmin gün saat 17 radələrində 1986-cı il təvəllüdlü keçmiş arvadı Ramilənin övladlarını aparmaq üçün yaşadığı evdən çıxaraq onların ünvanına gəldiyini bildikdə onu küçədə gözləyib.
Rəvan Ramilənin bir gün əvvəl aralarında yaranmış mübahisədə onunla kobud rəftar edərək təhqir eləməsini, Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulmasına baxmayaraq onun iradəsinə uyğun davranmamasını bəhanə edib.
Keçmiş həyat yoldaşına yaxınlaşaraq bıçaqla ona zərbələr vurub. Ümumilikdə 35 bıçaq xəsarətləri alan qadın hadisə yerindən vəfat edib.
İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlı törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.
O, ifadəsində göstərib ki, 2009-cu ildə Ramilə ilə evlənib, onların iki övladı var, biri azyaşlıdır: “İki il əvvəl boşanmışıq.
Tam oxu
Xəbəri oxu