Oğul atasını bıçaqlayaraq ÖLDÜRDÜ

07.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində 44 yaşlı kişi yaşlı atasını bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tatarıstan üzrə İstintaq İdarəsi məlumat yayıb.

İlkin məlumata görə, ata ilə oğlu arasında mübahisə yaranıb. Münaqişə zamanı oğul mətbəx bıçağını götürərək atasının boyun nahiyəsinə zərbə endirib.

Ağır xəsarət alan yaşlı kişini xilas etmək mümkün olmayıb.

Şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin bütün təfərrüatları araşdırılır və faktla bağlı cinayət işi başlanıb.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью