Oğul pula görə anasını döyüb öldürdü

18.07.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanln Kiyev vilayətinin Motıjin kəndində kişi münaqişə zamanı anasını vəhşicəsinə döyüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, polis müəyyən edib ki, 39 yaşlı kişi sərxoş halda valideynlərinin yanına gələrək onlardan pul tələb etməyə başlayıb. Onunla ailəsi arasında münaqişə yaranıb. Bu zaman cinayətkar taxta stulu götürərək 69 yaşlı anasının başına və bədəninə təxminən 7 dəfə zərbə endirib. 

Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Cinayətkar oğul dərhal müəyyən edilərək saxlanılıb və qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Onu 15 ilə qədər həbs gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью