Oğulları ilə olan qalmaqaldan sonra ilk dəfə görüntüləndilər Video

26.01.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Devid və Viktoriya Bekhem cütlüyü böyük oğulları Bruklinin qalmaqallı “ilk rəqs” iddialarından sonra ilk dəfə birlikdə görüntüləniblər.

“Qafqazinfo” xəbər verir ki, cütlük Paris Moda Həftəsi çərçivəsində digər oğulları Romeo və Kruza dəstək olmaq üçün hoteldən çıxarkən kameralara tuş gəlib.

Görüntülərdə Devid Bekhemin Viktoriyanın əlindən tutaraq onu qorumağa çalışması və hər ikisinin ciddi siması diqqət çəkib.

Xatırladaq ki, ötən həftə Bruklin Bekhem-Peltz ailəsini ağır ittihamlarla hədəf alıb. Belə ki, o, anası Viktoriyanın onun toyunda gəlinlə planlaşdırılan ilk rəqsi “oğurladığını”, qonaqlar qarşısında onunla “uyğunsuz şəkildə” rəqs edərək onu rüsvay etdiyini bildirmişdi. Bruklin həmçinin valideynlərini həyatını idarə etməkdə və xanımı Nikola Peltz ilə münasibətlərini pozmağa çalışmaqda günahlandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью