Oğullarının qalmaqallı açıqlamaları fonunda ailə pozu verdilər Fotolar

27.01.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Böyük oğlu Bruklinin qalmaqallı açıqlamaları fonunda modelyer Viktoriya Bekhem İncəsənət və Ədəbiyyat ordeni ilə təltif edilib.

Axşam.az xəbər verir ki, mükafatlandırma mərasimi Parisdə keçirilib. 51 yaşlı dizayneri dəstəkləmək üçün tədbirə onun ailəsi, həyat yoldaşı Devid, qızı Harper, oğulları Romeo və Kruz sevgililəri ilə birlikdə qatılıblar.

Mükafatı Bekhemə Fransa mədəniyyət naziri Raşida Dati təqdim edib. O, çıxışında Viktoriyanın "fransızların qəlbində xüsusi yeri olan qlobal ikon" olduğunu vurğulayıb. Mərasim qapalı keçirildiyindən yalnız seçilmiş qonaqlar iştirak edə biliblər. 

Qeyd edək ki, Bruklin açıqlamasında ailəsinin ideal görünmək üçün sosial mediada və ictimaiyyət qarşısında saxta pozlar verdiklərini iddia edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью