Oğurladığı paltarla Tiktokda canlı yayıma çıxdı, həbs olundu FOTO | Icma.az
Icma.az, Milli.az saytına istinadən bildirir. 300 mindən çox izləyicisi olan tiktoker oğurluğa görə saxlanılıb.
Milli.Az xəbər verir ki, ABŞ-nin Florida ştatında yaşayan, TikTok-da 300 mindən çox izləyicisi olan Marlena Velez adlı 22 yaşlı gənc "Target" mağazasından oğurluq etdiyinə görə saxlanılıb.
O, mağazadan 30 oktyabrda 500 dollar dəyərində mal oğurlamaqda ittiham olunur.
Mağazanın təhlükəsizlik xidməti bildirib ki, şübhəli şəxs özünü ödəmə kassasında saxta barkoddan istifadə edərək əşyaların qiymətini aşağı göstərib və bu yolla 16 müxtəlif malı, o cümlədən məişət əşyaları və geyimləri oğurlayıb.
Mağazanın təhlükəsizlik kameralarındakı görüntülər araşdırıldıqdan sonra polis ictimaiyyətdən şübhəlinin kimliyini müəyyənləşdirmək üçün sosial şəbəkələrdə foto paylaşıb.
Velezin izləyicilərindən biri anonim zəng edərək bu barədə məlumat verib və onun Instagram hesabını, həmçinin TikTok səhifəsini təqdim edib.
Polislər TikTok-da həmin gün çəkilmiş bir videoda Velezin oğurluq zamanı geyindiyi eyni paltar və eynəyo taxdığını aşkar edib.
Həmin video artıq silinsə də, orada Velez-in Target mağazasından alış-veriş etdiyini və daha sonra əşyaları avtomobilinə yerləşdirdiyini göstərən kadrlar olub.
Tam oxu
Xəbəri oxu