Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı

11.04.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Paytaxtın Nəsimi rayonunda bir nəfərə məxsus velosiped oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı M.Abiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, zərərçəkən velosipedini rayon ərazisindəki marketlərin birinin qarşısında saxlayıb. Daha sonra ərazidən keçən M.Abiyev velosipedi oğurlayaraq 800 manata satıb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью