Oğurladıqları pulları bölüşə bilməyən cinayətkarlar küçədə dava etdilər VİDEO

02.07.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Oğurladıqları pulları bölüşə bilməyən cinayətkarlar qaçış zamanı dava ediblər. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.

Belə ki, təxminən 7 milyon rubl oğurlayan cinayətkarlar hadisə yerindən qaçan zaman qrup üzvləri arasında inamsızlıq yaranıb. Soyğunçuluğun təşkilatçısı ortağının bütün pulu götürüb qaçacağından ehtiyat edərək içərisində nağd pul olan bel çantasını təcili şəkildə qrupun üçüncü üzvünə ötürüb və ondan uzaqlaşmasını istəyib. Üçüncü şəxs pullarla birlikdə hadisə yerindən qaçarkən, geridə qalan iki tərəfdaş arasında dava başlayıb.

Sözügedən hadisənin maraqlı videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью