Oğurlanan İran sərhədçisi öldürüldü

24.07.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sistan və Bəlucistan əyalətinin Zaol rayonunun sərhəd alayının zabiti, 51 yaşlı Seyid Mehdi Abdullahi öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, o, 3 həftə əvvəl naməlum silahlı şəxslər tərəfindən oğurlanmışdı.

Sərhədçinin öldürülməsi ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью